“Napoli”nin Kin planı

“Fiorentina”nın hücumçusu Moyze Kin İtaliyanın başqa klubuna keçə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, nigeriyalı hücumçu Viktor Osimhen bu yay “Napoli”dən ayrılsa, klub onu əvəzləmək üçün Moyze Kinin transferinə vəsait yönəltməyi planlaşdırır.

Kin 2023-cü ilin yayından etibarən “Fiorentina”nın formasını geyinir. O, bu müddət ərzində bütün turnirlər daxil olmaqla 44 matçda iştirak edib, 25 qola imza atıb və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

25 yaşlı forvardın “Fiorentina” ilə müqaviləsinin müddəti 2029-cu ilə qədər qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button