
Uilyamsdan əlini üzən “Barselona”nın hədəfi odur
“Barselona” “Atletik”in vingeri Niko Uilyamsı transfer edə bilməyib və indi həmin mövqeyə yeni oyunçu axtarır.
22 yaşlı futbolçu Bilbao klubu ilə növbəti 10 mövsümü əhatə edən yeni müqavilə imzalayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçunun transferinin alınmamasından sonra “Barselona” yaxın günlərdə və ya həftələrdə “Liverpul”un vingeri Luis Diası transfer etmək üçün yeni cəhdlərə başlayacaq.
28 yaşlı Diasın alınması asan deyil, çünki “qırmızılar” əvvəl də həm “Barselona”, həm də “Bayern”in təkliflərini rədd edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



