Kivu “İnter”də sakitlik yaratmaq üçün fövqəladə toplantı keçirib

“İnter”də daxili münaqişə alovlanıb. Klublararası dünya çempionatının 1/8 finalında “Fluminense”yə 0:2 hesablı məğlubiyyətdən sonra komandanın kapitanı Lautaro Martinesin açıqlaması qalmaqala səbəb olub.

Martines oyundan sonrakı açıqlamasında bunu deyib:

“Mesaj sadədir: qalmaq istəyirsizsə, qalın, istəmirsizsə, gedin”.

İtaliya mətbuatı yazır ki, klub prezidenti Beppe Marotta bu sözlərin əsasən Hakan Çalhanoğluna ünvanlandığını bildirib. Cavab isə gecikməyib. Türkiyəli yarımmüdafiəçi sosial şəbəkədə bu sözlərlə çıxış edib:

“Bu, ayıran, birləşdirməyən sözlərdir. Hörmət birtərəfli olmamalıdır. “İnter”dən narazı olduğumu heç vaxt deməmişəm”.

Çalhanoğlunun paylaşımını komandanın hücumçusu Markus Türam bəyənərək dəstəkləyib.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, vəziyyətin ciddiliyini nəzərə alan Milan klubunun baş məşqçisi Kristian Kivu dərhal komanda daxilində fövqəladə toplantı keçirib.

Toplantıda yalnız qarşıdurmanın iştirakçıları deyil, bütün komanda dinlənilib. Bir neçə təcrübəli futbolçu çıxış edərək tərəfləri barışmağa çağırıb. Kivunun bu qərarı oyunçular tərəfindən müsbət qarşılanıb.

Bununla yanaşı, məlum olub ki, “Mançester Yunayted” və “Fulhem” Çalhanoğlunun agenti ilə əlaqə saxlayıb. Onun özü isə Türkiyəyə qayıtmaq istəyir, ancaq “Qalatasaray” “İnter”in tələb etdiyi 40 milyon avronu ödəməyə hazır deyil.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button