“Mançester Yunayted” 39 yaşlı qapıçı ilə yeni müqavilə bağladı

“Mançester Yunayted” qapıçısı Tom Hitonla yeni müqavilə imzalayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı qolkiper “qırmızı şeytanlar”la bir illik yeni sözləşməyə qol çəkib.

Tom Hiton “Mançester Yunayted”in yetirməsidir. O, 2004-2010-cu illər arasında klubun heyətində yer alıb, ancaq bu müddət ərzində əsasən icarə ilə başqa komandalarda çıxış edib. Hiton həmin dövrdə “qırmızı şeytanlar”ın əsas komandasında bir dəfə də olsun meydana çıxmayıb.

İngiltərəli qapıçı 2021-ci ildə doğma klubuna geri dönüb və bu günə qədər “Mançester Yunayted”in heyətində cəmi 3 oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button