39 yaşında millidə 100-cü matçına çıxdı
AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Andorra ilə ev oyunu Türkiyə yığmasının kapitanı Əmrə Belözoğlu üçün əlamətdar olub.
Komanda.az xəbər verir ki, hazırda “Fənərbaxça”nın uğurları üçün çalışan 39 yaşlı futbolçu millidə yubiley – 100-cü matçını keçirib.
Ötən gün Əmrə həm də doğum gününü qeyd edirdi. Komandası ona həm doğum günü, həm də yubiley hədiyyəsi edib və meydanı çətinliklə də olsa, 1:0 hesablı qələbə ilə tərk edib.
Əmrə Türkiyə yığmasında ən azı 100 oyun keçirən 4-cü futbolçudur. O, bu oyunlarda 9 qola imza atıb. O, millidəki debüt matçına 2000-ci ildə Norveçlə yoxlama oyununda çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin