Kroos: “Real”da belə şeylərə gülürdülər”

Almaniya millisinin və “Real”ın sabiq futbolçusu Toni Kroos “Barselona”dakı intizam qaydaları barədə fikirlərini bölüşüb.

Komanda.az “Einfach mal Luppen”-ə istinadən xəbər verir ki, o, “Barselona”nın fərqli fəlsəfəsinin olduğunu bildirib:

“Hans-Diter Flikin dövründə bəzi oyunçular məşqlərə gecikdiklərinə görə heyətdən kənarlaşdırıldı. Onların fərqli fəlsəfəsi var. “Real”da belə şeylərə gülürdülər. Biz çox vaxt kimin gecikəcəyini bilmirdik: oyunçu, yoxsa məşqçinin.

Bu, başqa bir mentalitetdir. Beş dəqiqə gecikdiyi üçün kiminsə oynamasına icazə verməmək sadəcə fərqli yanaşmadır. İkisi də normaldır. Bəli, deyə bilərsiz ki, Flik tipik bir almandır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button