“Liverpul” Dias üçün rəsmi təklif almayıb

“Liverpul” hücumçusu Luis Diasın transferi ilə bağlı hələlik heç bir rəsmi təklif almayıb.

Komanda.az “Daily Mirror”-a istinadən xəbər verir ki, kolumbiyalı futbolçuya Səudiyyə Ərəbistanının “Əl-Nəsr” və “Əl-Hilal” klubları, eləcə də “Barselona” maraq göstərir.

Mediada yayılan şayiələrə baxmayaraq, “qırmızılar”ın rəhbərliyi 28 yaşlı oyunçu ilə müqavilənin müddətinin uzadılmasına dair danışıqlara başlamağı planlaşdırmır. Onun klubu ilə hazırkı sözləşməsi 2027-ci ilin yayına qədərdir.

Dias 2024/25 mövsümündə bütün turnirlərdə ümumilikdə 50 oyun keçirib, 17 qol vurub və 8 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button