
“Barselona” müdafiə xəttinə yeni oyunçu seçib
“Barselona”nın idman direktoru Deku müdafiənin sol cinahını gücləndirmək üçün yeni namizəd müəyyən edib.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, kataloniyalılar Leverkuzen “Bayer”inin futbolçusu Alexandro Qrimaldonu komandaya cəlb etmək istəyir.
29 yaşlı müdafiəçi vaxtilə “Barselona” akademiyasında çıxış edib. Onun “Bayer”lə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir və klubunun onu buraxmağa hazır olub-olmadığı hələlik məlum deyil.
İspaniyalı futbolçu “Bayer”ə 2023-cü ilin yayında “Benfika”dan azad agent kimi keçmişdi. O, debüt mövsümündə Leverkuzen klubuna həm Almaniya çempionatını, həm də kubokunu qazanmaqda kömək edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



