Tanınmış sabiq futbolçu İngiltərə klubunun idman direktoru təyin edilib

İtaliya A Seriyasındakı çıxışı ilə tanınan sabiq yarımmüdafiəçi Valon Behrami futbola yenidən qayıdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq 40 yaşı olan keçmiş futbolçu bu dəfə meydanda yox, rəhbərlikdə olacaq. O, İngiltərə Çempionşipində çıxış edən “Uotford”un idman direktoru təyin edilib.

Kosovoda doğulan Behrami bundan sonra klubun idarəçilik işlərində əsas fiqurlardan biri olacaq. “Uotford” son illər Premyer Liqa və Çempionşip arasında mütəmadi olaraq hərəkət edən komandalar sırasında yer alır.

Behrami futbolçu karyerasını başa vurduqdan sonra DAZN telekanalında şərhçi kimi fəaliyyət göstərirdi. İndi isə o, rəhbərlik səviyyəsində yeni bir mərhələyə qədəm qoyur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button