
Deşam “qızıl top” haqda: “Bu gün üç əsas namizədi müəyyənləşdirmək çətindir”
Fransa millisinin baş məşqçisi Didye Deşam UEFA Çempionlar Liqasını qazanan PSJ-nin futbolçusu Osman Dembelenin “qızıl top” şanslarını dəyərləndirib.
Komanda.az “Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, fransalı mütəxəssis bu gün üçün üç əsas namizədi müəyyənləşdirməyin çətin olduğunu bildirib:
“Çempionlar Liqasını qazanmaq əlbəttə ki, böyük nailiyyətdir, amma “qızıl top”un sahibini jurnalistlər seçir və mövsüm hələ tam başa çatmayıb. Məncə, bu gün üçün üç əsas namizədi müəyyənləşdirmək çətindir”.
O, digər favoritlərdən də bəhs edib:
“Kilian Mbappe var, La Liqanın bombardiri oldu və “qızıl buts”a sahib çıxdı. Lamin Yamal da, məncə, çox yaxşı təsir bağışlayıb… Bəs Robert Levandovski və ya Rafinyaya nə deyirsiz?”
Bizi Facebook-da izləyin