
Simeone İtaliya klubuna keçə bilər
Argentinalı baş məşqçi Dieqo Simeonenin karyerasında yeni dönüş nöqtəsi yarana bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda “Atletiko”ya rəhbərlik edən 55 yaşlı mütəxəssisin İtaliya A Seriyasında işə başlaya biləcəyi bildirilir.
“İnter” Simeonenin xidmətində maraqlıdır və onu Simone İnzaqinin əvəzləyicisi kimi görür. İnzaqinin Səudiyyə Ərəbistanına yollanmaq ehtimalı var.
Simeone 2011-ci ilin dekabrından bəri “Atletiko”ya başçılıq edir və onun müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdir.
“İnter” 2024/25 mövsümündə A Seriyasında turnir cədvəlini 2-ci pillədə tamamlayıb. Komanda UEFA Çempionlar Liqasının finalında PSJ-yə 0:5 hesabı ilə uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin