“Liverpul” Diasın qiymətini müəyyənləşdirib

“Liverpul” yay transfer pəncərəsində hücumçu Luis Dias üçün təklifləri nəzərdən keçirməyə hazırdır.

“Qırmızılar” yaxın zamanda tarixlərinin ən böyük transferini reallaşdırmağa çox yaxındır. Belə ki, Leverkuzen “Bayer”inin futbolçusu Florian Virts üçün 150 milyon avro xərclənə bilər. Almaniyalı futbolçunun transferi başa çatdıqdan sonra yüksək qiymətli oyunçulardan olan Luis Diasın satışı qaçılmaz olacaq.

Komanda.az “El Nacional”-a istinadən xəbər verir ki, “Liverpul” 28 yaşlı futbolçu üçün təxminən 50 milyon avro istəyir.

Kolumbiyalı hücumçu ilə “Barselona” və Səudiyyə Ərəbistanı çempionatından klublar maraqlanır. O, başa çatan mövsümdə 50 oyunda 17 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button