“Barselona” ispaniyalı qapıçı ilə anlaşıb

“Espanyol”un qapıçısı Xuan Qarsiya bu yay “Barselona”ya keçməyə yaxındır.

Komanda.az “Cadena Ser”-ə istinadən xəbər verir ki, Kataloniya klubu ispaniyalı futbolçu ilə prinsipial razılıq əldə edib və yaxın günlərdə onun transfer şərtindəki sərbəstqalma maddəsini aktivləşdirməyi planlaşdırır. Bu məbləğ 25-30 milyon avro arasında dəyişir.

Transfer baş tutarsa, Qarsiyanın La Liqa təmsilçilərindən birinə icarəyə verilməsi nəzərdə tutulur. Bu baxımdan, “Betis” və “Valensiya” əsas namizədlər kimi göstərilir. Həmçinin, “Barselona” rəhbərliyi onu əsas heyətdə saxlayaraq, Mark-Andre ter Ştegenlə rəqabət aparacaq və ya onu əvəzləyəcək qapıçı kimi də qiymətləndirir.

Qarsiya 2024/25 mövsümündə 38 oyunda iştirak edib, 51 qol buraxıb və 8 oyunda qapısını toxunulmaz saxlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button