Slotdan etiraf: “Mançester Siti”nin böhranı olmasaymış…

“Liverpul”un baş məşqçisi Arne Slot komandasının bu mövsüm İngiltərə Premyer Liqasında çempion olmasında əsas səbəblərdən birini açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, əsas səbəblərdən birinin “Mançester Siti”nin yaşadığı böhran olduğunu söyləyib:

“Çempionluq sadəcə şansla qazanıla bilməz. Bəlkə də, “Liverpul”a bir az şans gəlib, çünki ilk dəfə beş il ərzində “Mançester Siti” çətin dövr keçirir. Biz də bu çətin dövrün bir hissəsi olduq, onların bir neçə oyun itirdiyi vaxt evdə onları məğlub etdik”.

“Mançester Siti” ötən mövsümlərdə Premyer Liqanı ardıcıl dörd dəfə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button