
Jorjinyo Braziliya klubu ilə anlaşıb
“Arsenal”ın yarımmüdafiəçisi Jorjinyo karyerasını Braziliyada davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı futbolçu “Flamenqo” ilə razılığa gəlib.
Jorjinyo “topçular”la razılığa gələrək, Klublararası dünya çempionatı başlamazdan əvvəl Braziliya təmsilçisinə keçəcək. Sözügedən turnir 15 iyun-13 iyul tarixlərində ABŞ-da keçiriləcək.
33 yaşlı oyunçu 2023-cü ildən “Arsenal”da çıxış edir. O, bu mövsüm londonluların heyətində 27 oyuna çıxaraq, 1 qola imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



