“Real”ın futbolçusu qalmaqallı “video işi”ndə qismən bəraət alıb

“Real”ın futbolçusu Raul Asensio yetkinlik yaşına çatmayan uşağın çəkildiyi intim videonun yayılması ilə bağlı əsas insidentdə təqibdən yayınıb.

Komanda.az xəbər verir ki, Kanar adalarının Ali Məhkəməsinin məlumatına görə, istintaq onun videonun çəkilişində iştirakını müəyyən etməyib.

Geniş ictimai rezonansa səbəb olan hadisə 2023-cü ildə baş vermiş və bir qrup “Real” oyunçusuna aiddir. Onlar biri azyaşlı olan qızların razılığı olmadan seksual xarakterli videoları çəkib yaymaqda ittiham olunublar.

Məhkəmənin qənaətinə görə, Asensio video çəkilişi zamanı başqa qızla birlikdə olub və çəkilişlərdə iştirak etməyib. Ancaq o, işdən tam kənarlaşdırılmayıb. Azyaşlı iştirakçının olması xəbəri ilə videonun saxlanması və nümayiş etdirilməsi maddəsi üzrə istintaq davam edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button