
“Barselona” sabiq futbolçuya 13,9 min dollar qazandırıb
“Barselona”nın sabiq hücumçusu Serxio Aquero “el-klasiko”da keçmiş komandasının qələbəsinə uğurlu mərc edərək 13,9 min dollar qazanıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı keçmiş futbolçu La Liqanın 35-ci turu çərçivəsində keçirilən “Barselona” – “Real” oyununda Hans-Diter Flikin komandasının qalib gələcəyinə 7 min dollar mərc edib.
O, mərcini kriptovalyuta platforması olan “Stake” üzərindən 1.98 əmsalla yerləşdirib, nəticədə 14 min dollara qədər qazanc əldə edib.
Oyun “Barselona”nın 4:3 hesablı qələbəsi ilə başa çatıb və Aquero mərcdən ümumilikdə 13,9 min dollar qazancla ayrılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin