
“Barselona” Yamalla razılıq əldə edib – Detallar məlumdur
“Barselona” 17 yaşlı vingeri Lamin Yamalla yeni müqavilə ilə bağlı danışıqlar aparıb.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu kataloniyalılarla müqaviləsinin müddətini 2030-cu ilə qədər uzatmağa razılıq verib.
Razılaşma bu yay rəsmiləşdiriləcək, çünki həmin vaxt Yamalın 18 yaşı tamam olacaq. Yeni müqaviləyə əsasən, onun maaşı xeyli artırılacaq və potensial transferi üçün təzminat məbləği də müəyyən olunacaq.
Yamalın hazırda “Barselona” ilə qüvvədə olan sözləşməsinin müddəti 2026-cı ilin iyununun sonunda başa çatacaq. Onun transfer dəyəri 180 milyon avro qiymətləndirilir.
17 yaşlı vinger La Liqada bu mövsüm 31 oyunda meydana çıxıb, 6 qol vurub və 12 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin