“Mançester Siti” 50 milyon avro qiyməti olan yarımmüdafiəçi ilə maraqlanır

“Nottingem Forest”in yarımmüdafiəçisi Morqan Gibbs-Uayt İngiltərənin başqa bir klubuna keçə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçunun transferində “Mançester Siti” maraqlıdır.

“Şəhərlilər” ingiltərəli oyunçunu yay transfer pəncərəsi üçün əsas hədəflərdən biri kimi müəyyən ediblər. Onun bazar dəyəri 50 milyon avro qiymətləndirilir.

Morqan cari mövsümdə “meşəçilər”in heyətində 34 oyuna çıxıb, 5 qol vurub və 9 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button