
Lukman daha bir klubun hədəfinə çevrilib
“Atalanta”nın hücumçusu Ademola Lukman karyerasını İngiltərə Premyer Liqasının aparıcı klublarından birində davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, nigeriyalı futbolçunun transferində “Arsenal” maraqlıdır.
“Topçular” yay transfer pəncərəsində Lukmanı heyətinə qatmağa cəhd edəcək. Daha əvvəl “Barselona”nın da onun xidmətində maraqlı olduğu qeyd olunmuşdu.
27 yaşlı forvard cari mövsümdə 37 oyunda meydana çıxaraq, 18 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



