“Real” Alabadan qurtulmaq istəyir – İki səbəb var

David Alaba cari mövsümün sonunda “Real”ı tərk edə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

“Kral klubu” avstriyalı müdafiəçi ilə yolları ayırmağı ciddi şəkildə nəzərdən keçirir. Buna əsas səbəb kimi 32 yaşlı oyunçunun davamlı sağlamlıq problemləri göstərilir. Həmçinin, klub Alabanın gedişi ilə maaş fondunu da azaltmaq niyyətindədir. Onun illik məvacibi təxminən 22,5 milyon avrodur.

Alaba cari İspaniya çempionatında cəmi 7 oyunda iştirak edib. Onun “Real”la müqaviləsinin müddəti 2026-cı ilin iyununda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button