Mançini tezliklə İtaliya klubunun baş məşqçisi ola bilər

“Milan”da yayda növbəti məşqçi dəyişikliyi gözlənilir. Klub son bir il ərzində artıq iki dəfə məşqçi dəyişib və portuqaliyalı çalışdırıcı Serjio Konseysao çox güman ki, yayda vəzifəsindən ayrılacaq.

Komanda.az “Sport Mediaset”-ə istinadən xəbər verir ki, baş məşqçi postuna namizədlərdən biri də hazırda “Sampdoriya”da məsləhətçi olan Roberto Mançinidir.

“Milan” rəhbərliyini ən çox cəlb edən amil Mançininin italiyalı olmasıdır. Məhz belə bir mütəxəssis axtarılır. Bu, Stefano Pioli ilə ayrılıq səhvinin dərs kimi öyrənildiyini göstərir.

Mançini əvvəlki illərdə İtaliya milli komandasını çalışdırıb və Avropa çempionatının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button