İngilislərdən transgenderlərlə bağlı tarixi qərar

İngiltərə Futbol Assosiasiyası (FA) 1 iyun 2025-ci ildən etibarən transgender qadınların qadın futbol komandalarında çıxış etməsinə qadağa qoyacaq.

Komanda.az xəbər verir ki, bu barədə assosiasiyanın mətbuat xidməti rəsmi məlumat yayıb. Məlumatda bildirilir:

“Transgender qadınların qadın futbolunda oynamaq hüququ olmayacaq və bu siyasət 2025-ci il iyunun 1-dən qüvvəyə minəcək.

Qərarın verilməsinə səbəb ölkədə qüvvəyə minmiş yeni qanunvericilik və Böyük Britaniya Ali Məhkəməsinin “qadın” anlayışına verdiyi hüquqi qiymət olub. Məhkəmə qərarına əsasən, “qadın” anlayışı yalnız doğuşdan qadın bioloji xüsusiyyətlərinə sahib şəxslərə şamil olunur”.

Qərar futbol ictimaiyyətində geniş müzakirələrə yol aça və idmanda bərabərliklə ədalət prinsipləri arasında yeni debatların başlanğıcı ola bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button