38 yaşlı futbolçu 9 il sonra yenidən “Ayaks”da
İngiltərənin “Everton” klubunun qapıçısı Martin Stekelenburq “Ayaks”a qayıdıb.
Komanda.az xəbər verir ki, bu barədə Niderland təmsilçisinin rəsmi saytı məlumat yayıb.
38 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb. Stekelenburqun “Everton”la müqaviləsinin müddəti başa çatdığı üçün “Ayaks”a azad agent kimi keçib. Lakin təcrübəli qolkiper köhnə-yeni komandasına Premyer Liqada mövsümə tam yekun vurulandan sonra qoşulacaq.
Qeyd edək ki, 1997-ci ildə “Ayaks” akademiyasına cəlb edilən Niderland millisinin sabiq üzvü 2011-ci ilə qədər bu klubda çıxış edib. O, sözügedən klubla 3 dəfə ölkə çempionu olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin