
Lukman İngiltərənin iki klubunun hədəfindədir
İngiltərə Premyer Liqasının iki top-klubu “Atalanta”nın hücumçusu Ademola Lukmanla müqavilə imzalamağı düşünür.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət “Liverpul” və “Mançester Yunayted”dən gedir.
Nigeriyalı futbolçu bu iki klubun maraq dairəsindədir. “Atalanta” isə onun qarşılığında 60 milyon avro təklif edilsə, oyunçusu ilə vidalaşmağa hazırdır.
27 yaşlı vinger cari mövsümdə “Atalanta”nın heyətində 36 oyunda iştirak edib, 18 qol vurub və 7 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədər qüvvədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



