“Liverpul”la “Bornmut” arasında 6 futbolçunun transfer mübadiləsi müzakirə olunur

Yay transfer dönəmi üçün “Liverpul” və “Bornmut” arasında altı futbolçunu əhatə edən mümkün transfer razılaşması müzakirə olunur.

Komanda.az “Sport Bible”-ə istinadən xəbər verir ki, “qırmızılar”ın “Bornmut”dan Din Heysen, Miloş Kerkez və Antoine Semenyo kimi oyunçuları heyətinə qatmaq istədiyi bildirilir. Həmçinin, qarşı tərəfə isə Kahim Kelleher, Harvi Elliott və Ben Doakın keçidi nəzərdə tutulur.

Klublar oyunçu mübadiləsi ilə bağlı razılığa gələ bilməsələr, hər bir transfer ayrıca şəkildə həyata keçirilə bilər.

“Bornmut”un əsas hədəfi mersisaydlıların irlandiyalı qapıçısı Kelleherdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button