
De Bruyne Klublararası dünya çempionatında oynamaq istəmir
“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne qarşıdan gələn Klublararası dünya çempionatının oyunlarında iştirak etməyi planlaşdırmır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi zədə riskindən qaçmaq üçün Klublararası dünya çempionatında Pep Qvardiolanın komandasının rənglərini təmsil etmək niyyətində deyil.
Turnir iyun-iyul aylarında keçiriləcək. Məlum olduğu kimi, belçikalı futbolçunun yayda başa çatan müqaviləsinin müddəti uzadılmayacaq – o, azad agent olacaq.
De Bruyne hesab edir ki, zədə onun digər klublarla danışıqlarını poza bilər. Çox güman ki, o, mayın 25-də, Premyer Liqanın son turunda “Fulhem”lə qarşılaşacaqları zaman “şəhərlilər”in heyətində son oyununu keçirəcək. Həmçinin o, ümid edir ki, “Mançester Siti” onun qərarına anlayışla yanaşacaq.
Bizi Facebook-da izləyin



