Qrinvud Premyer Liqaya qayıda bilər

“Marsel”in hücumçusu Meyson Qrinvud İngiltərə çempionatına qayıda bilər. O, daha əvvəl “Mançester Yunayted”də çıxış edib.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçunun transferində “Liverpul” maraqlıdır. Onun təxmini dəyəri 35 milyon avro qiymətləndirilir. Qrinvudla Fransa klubunun hazırkı müqaviləsinin müddəti 2029-cu ilin iyununun sonunda başa çatacaq.

23 yaşlı forvard Fransa çempionatının cari mövsümündə 30 oyunda meydana çıxıb, 18 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button