
Ərəblər “Barselona”nın 4 oyunçusuna göz dikib
Səudiyyə Ərəbistanı çempionatında çıxış edən klublar “Barselona”nın bir neçə futbolçusunu transfer etməkdə maraqlıdır.
Komanda.az xəbər verir ki, bu barədə “sport.es” məlumat yayıb.
Yay transfer pəncərəsində bu oyunçuların Səudiyyə Ərəbistanı çempionatına keçidi baş tuta bilər: Rafinya, Jül Kunde, Ronald Arauxo və Frenki de Yonq. Bu futbolçulara iddialı klublar arasında “Əl-Hilal”, “Əl-Nəsr” və “Əl-İttihad” göstərilir.
“Barselona” hazırda İspaniya çempionatının turnir cədvəlində 1-ci yerdə qərarlaşıb və 76 xal toplayıb. Komanda həmçinin, İspaniya kral kubokunun finalına yüksəlib və UEFA Çempionlar Liqasının yarımfinalında çıxış edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


