
Qrilişin Premyer Liqadan 3 “müştəri”si var
“Mançester Siti”nin vingeri Cek Qriliş yay transfer pəncərəsində komandasını dəyişə bilər.
Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçunun xidmətində “Aston Villa”, “Nyukasl” və “Tottenhem” maraqlıdır.
“Mançester Siti” Qriliş üçün təklifləri nəzərdən keçirməyə hazırdır, ancaq onun yüksək maaşı transferə maneədir. O, bu mövsüm bütün turnirlərdə 30 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



