Fonseka: “Futbolçulardan razıyam, nəticədən yox”

“Lion” dünən Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Mançester Yunayted”lə 2:2 hesablı heç-heçə edib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, matçın final fitindən sonra fransalıların baş məşqçisi Paulo Fonseka jurnalistlərə açıqlama verib.

“Oyundan sonra komandaya xarakterinə görə təşəkkür etdim. Futbolçulardan razıyam, nəticədən yox. Cavab oyununa qədər İngiltərədə bunun çox çətin olacağını başa düşsək də, yarımfinala çıxmaq şansımız hələ də var”.

Cavab oyunu aprelin 17-də İngiltərədə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button