Vinisiusla yeni müqavilə müzakirə olunur

“Real” braziliyalı hücumçusu Vinisius Juniorla yeni müqaviləni müzakirə edir.

Komanda.az “Cadena SER”-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubları 24 yaşlı oyunçuya maraq göstərir. Buna görə də, “kral klubu” onunla yeni müqavilə imzalamaq niyyətindədir ki, getməyə həvəsi azalsın.

Tərəflər müqavilənin müddətinin uzadılması ilə bağlı danışıqlarda irəliləyiş əldə ediblər. Vinisius hazırda Səudiyyə Ərəbistanı klublarından birinə transferlə bağlı variantları ciddi düşünmür. Onun “Real”la hazırkı müqaviləsinin müddəti 2027-ci ilin ortalarında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button