“Lester”in yeni baş məşqçisi o olacaq

“Lester”in yeni baş məşqçisinin kimliyi məlum olub.

Komanda.az “Mail Sport”-a istinadən xəbər verir ki, “tülkülər”in rəhbərliyi komandanın baş məşqçisi vəzifəsinə hazırda Çempionşip təmsilçisi “Şeffild Uensdey”i çalışdıran Danni Rollu dəvət etmək niyyətindədir.

Bunun yalnız “Lester”in Premyer Liqadan aşağı liqaya düşəcəyi və hazırkı baş məşqçi Rud van Nistelroyun komandanı tərk edəcəyi halda həyata keçəcəyi vurğulanır.

“Lester” 30 turdan sonra 17 xalla İngiltərə çempionatının turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb. Komanda hazırda təhlükəsiz zonadan 12 xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button