
“Barselona” kolumbiyalı futbolçu üçün 75 milyon avro ödəməyə hazır deyil
“Liverpul”un hücumçusu Luis Diasın “Barselona”ya keçməsi ehtimalı azdır.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, 28 yaşlı futbolçu bir neçə ildir ki, Kataloniya klubu üçün transfer hədəfi hesab edilirdi, ancaq onun qiyməti müqavilənin tamamlanmasına mane olur.
Deyəsən, bu dəfə də eyni şey olacaq. “Liverpul” Diasa görə ən azı 75 milyon avro istəyir və “Barselona” transferi təcili ehtiyac olmayan oyunçu üçün bu məbləği ödəməyə hazır deyil. Baş məşqçi Hans-Diter Flik onsuz da kolumbiyalı futbolçunun namizədliyini o qədər də bəyənmir.
Dias bu mövsüm 42 oyunda 13 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



