
Braziliyada “Ançelotti” səsləri yüksəlməyə başlayıb
“Real”ın çalışdırıcısı Karlo Ançelottinin adı növbəti dəfə Braziliya millisinin baş məşqçisi postu ilə yanaşı hallanıb.
Komanda.az “Geglobo”-ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis milliyə əsas namizədlərdən biri hesab olunur.
Ançelotti artıq yaxın ətrafına bu variantı nəzərdən keçirməyə hazır olduğunu bildirib. Onun “Real”la hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.
Braziliya yığması yumşaq desək, çətin günlərdən keçir. Dorival Juniorun komandası DÇ-2026-nın seçmə mərhələsində son dərəcə qeyri-sabitlik nümayiş etdirir. Onlar 14-cü tur matçında Argentina millisindən ağır məğlubiyyət (1:4) alıblar. Bundan sonra Braziliya mətbuatı növbəti dəfə tanınmış əcnəbi məşqçinin yaxın zamanda milliyə gələcəyindən danışmağa başlayıb.
Bizi Facebook-da izləyin



