“Ronaldonun futbol tarixinin ən yaxşısı olması ilə razı deyiləm” – Sabiq futbolçu

Niderland millisinin və “Mançester Yunayted”in sabiq müdafiəçisi Yap Stam portuqaliyalı hücumçu Kriştiano Ronaldonu tarixin ən yaxşı futbolçusu hesab etmədiyini deyib.

Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, niderlandlı keçmiş oyunçu, Ronaldonun futbol tarixinin ən yaxşısı olması ilə razı deyil:

“Ronaldonun futbol tarixinin ən yaxşısı olması ilə razı deyiləm. Lionel Messi, Pele və Dieqo Maradonanı unutmaq olmaz. Şübhəsiz ki, Kriştiano ən yaxşılardan biridir, hətta 40 yaşında da o, ən yüksək səviyyədə çıxış etməyə davam edir, əla formadadır və qol vurur. Bununla belə, mən onu ən böyük adlandıra bilmərəm”.

Ronaldo hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button