
İnzaqiyə yeni müqavilə təklif olunacaq
“İnter”in baş məşqçisi Simone İnzaqi klubu ilə yeni müqavilə bağlaya bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubunun rəhbərliyi 49 yaşlı mütəxəssisə 2027-ci ilin ortalarına qədər olan yeni müqavilə təklif etməyi planlaşdırır.
İtaliyalı çalışdırıcı 2021-ci ilin yayından “İnter”ə başçılıq edir. Komanda onun rəhbərliyi altında A Seriyasının çempionu olmaqla yanaşı, ölkə kubokunu və superkubokunu da qazanıb.
Milanlılar İtaliya çempionatının cari mövsümündə 29 turdan sonra 64 xal toplayıb və ən yaxın izləyicisini 3 xal qabaqlayaraq, turnir cədvəlinə başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



