Rafinya yalnız bir halda “Osasuna” ilə matça çıxa bilər

“Barselona”nın vingeri Rafinya Dias martın 27-də keçiriləcək “Osasuna” ilə liqa matçını buraxmaq riski ilə üzləşib.

Əvvəlcədən bildirildiyi kimi, Kataloniya klubunun həkimi vəfat etdiyi üçün La Liqanın 27-ci turunda keçirilməli olan oyun təxirə salınmışdı. “Barselona” rəsmiləri matçın mayda keçirilməsinə üstünlük versələr də, La Liqa rəhbərliyi başqa cür qərar verib və oyun martın 27-də, bəzi oyunçuların milli komandada olacağı vaxt keçiriləcək.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, belə futbolçular sırasında Braziliya millisinə çağırılan Rafinya da ola bilər.

28 yaşlı futbolçu 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Kolumbiya millisinə qarşı keçiriləcək oyunda (21 mart) sarı vərəqə alarsa, “Osasuna” ilə matç üçün “Barsa”nın heyətinə qayıtmağa vaxtı olacaq. Rafinya sarı vərəqə alacağı halda cəzalı duruma düşəcək və Argentina yığmasına qarşı (26 mart) mübarizə apara bilməyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button