
“Tottenhem”də Postekoqlunun yerinə iki əsas namizəd
Komandanın nəticələri yaxşılaşmasa, “Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu yaxın gələcəkdə işini itirə bilər.
Komanda.az “Telegraph”-a istinadən xəbər verir ki, müxtəlif mənbələr klubla avstraliyalı mütəxəssisin mümkün ayrılması barədə dəfələrlə məlumat yayıb.
“Bornmut”un çalışdırıcısı Andoni İraola və “Fulhem”in baş məşqçisi Marko Silva Postekoqlunu əvəz etməyə əsas namizədlər arasındadır. Hər iki məşqçi Premyer Liqada komandaları ilə uğurlu olub, ona görə də yayda onlara yüksək tələbat olacaq.
“Tottenhem” Premyer Liqada 29 turdan sonra turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



