Superkompüter ÇL kubokunu qazanmağa ən iddialı klubun adını açıqladı

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi başa çatdıqdan sonra “Opta” şirkətinin mütəxəssisləri superkompüteri işə salıblar və komandaların turnirdə qalib olmaq şanslarını hesablayıblar.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona”nın “böyük qulaqlı kubok”u qazanmaq şansı ən yüksəkdir – 20,4 faiz.

Kuboku qazanmaq şansı 19,3 faiz olan PSJ ikinci yerdədir.

İlk üçlüyü 16,8 faizlə “Arsenal” tamamlayır.

Sonrakı yerləri “İnter” (16,4), “Real” (13,6), “Bayern” (9,7), “Aston Villa” (2,8) və Dortmund “Borussiya”sı (1) tutur.

Çempionlar Liqası kubokunun hazırkı sahibi “Real”dır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button