
Hakimlərin ikili standartı: Messiyə olar, Alvaresə olmaz?
“Real” UEFA Çempionlar Liqasının 1/4 finalında “Atletiko”nu penaltilər seriyasında məğlub edib.
Penaltilər seriyası zamanı qeyri-adi epizod baş verib. Xulian Alvares zərbəni yerinə yetirərkən sürüşməsinə baxmayaraq, penaltini qola çevirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, VAR argentinalı futbolçunun zərbəni vuran zaman topa iki dəfə toxunmasını nəzərə alaraq, qolu qeydə almayıb.
Azarkeşlər indi 2022-ci il dünya çempionatının finalını xatırlayırlar. Argentinalı futbolçu Lionel Messi də Fransa millisi ilə matçda penalti yerinə yetirərkən topa iki dəfə toxunmuşdu və bunu təkrarlarda da görmək olar. Amma VAR həmin vaxt vəziyyətə müdaxilə etməyib. Və həmin matçda qalib gələn Argentina millisi dünya çempionu oldu.
Onu da deməyə dəyər ki, söhbət Messinin oyunsonrası seriyada yox, əsas vaxtda vurduğu penaltidən gedir. Amma futbolun qaydaları dəyişmir: Messinin qolu ləğv oluna bilərdi. Və kim bilir, o axşam Qətərdə hər şey necə bitəcəkdi…
Bizi Facebook-da izləyin



