Ranyeri: “Bilirik ki, bizi məğlub etmək çətindir”

“Roma”nın baş məşqçisi Klaudio Ranyeri UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Atletik” üzərində qələbədən (2:1) sonra fikirlərini bölüşüb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, italiyalı çalışdırıcı səfərdə daha çətin olacağını bildirib:

“Çox çətin matç idi və səfərdə daha çətin olacaq. Amma bilirik ki, bizi məğlub etmək çətindir, hər top üçün mübarizə aparırıq. Bu, qarşıdurmanın yalnız birinci yarısıdır. Komandaların şansları 50-50-yədir”.

“Roma” – “Atletik” duelinin qalibi gələn həftə müəyyənləşəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button