Stounzun sağalacağı vaxt açıqlandı

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola müdafiəçi Con Stounzun sağalacağı vaxtı açıqlayıb.

İngiltərəli futbolçu UEFA Çempionlar Liqasında “Real”la matçda bud nahiyəsindən zədə almışdı.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı Stounzun əməliyyata ehtiyacının olmayacağını bildirib:

“Stounzun əməliyyata ehtiyacı olmayacaq. O, 8-10 həftəyə sağalacaq”.

29 yaşlı müdafiəçi bu mövsüm bütün turnirlərdə 20 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun “şəhərlilər”lə hazırkı müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button