Simeonedən 8 qolun vurulduğu oyun haqda açıqlama

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya kubokunun yarımfinalında “Barselona”ya (4:4) vurulan qollardan danışıb.

Komanda.az xəbər verir ki, argentinalı çalışdırıcı mətbuat konfransında fikirlərini belə çatdırıb:

“Hesab 2:0 olanda öz-özümə dedim: “Çox sevinmə, asan matç olmayacaq”. 2:2 və 2:3-də “Yaxşı, bu olar” deyə, düşündüm. 2:4-dən sonra fikirlərim: “Pis gündəyik”. Sonra hesabı bərabərləşdirdik və azarkeşlərimizi sevindirdik”.

Madrid momandası 1-ci və 6-cı dəqiqələrdə fərqlənsə də, sonradan rəqib 4 dəfə onların qapısına yol tapa bilib. Buna baxmayaraq, yekunda 84 və 93-cü dəqiqələrdə vurulan qollarla madridlilər matçı heç-heçə başa vurmağı bacarıblar.

Cütün taleyi aprelin 2-də, “Atletiko”nun meydanında həll olunacaq. Duelin qalibi finalda “Real” və ya “Real Sosyedad”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button