
Ukraynalı hücumçu A Seriyasında klubunu dəyişə bilər
Ukraynalı hücumçu Artyom Dovbik “Roma”nı İtaliya A Seriyasında başqa kluba dəyişə bilər.
Komanda.az “Tuttomercatoweb”-ə istinadən xəbər verir ki, “İnter” 27 yaşlı futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır.
Milan klubu PSJ-nin almaq istədiyi Markus Türamın komandadan ayrılacağını istisna etmir. Belə olan halda, “İnter” onun yerinə oyunçu almaq niyyətindədir. Onlar “Nyukasl”ın hücumçusu Aleksandr İsakla da maraqlanır, ancaq bu transfer klub üçün çox baha ola bilər.
Dovbik bu mövsüm 33 matçda iştirak edib, 13 qol vurub və 4 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin