
“Real” azarkeşlərindən Qvardiolanı ələ salan şüarlar
“Real” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında “Mançester Siti”yə qalib gəlib.
“Kral klubu” Kilian Mbappenin het-triki sayəsində oyunu 3:1 hesabı ilə başa vurub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, oyunun sonunda “Real” azarkeşləri “Santyaqo Bernabeu”nun tribunalarından “şəhərlilər”in baş məşqçisi Pep Qvardiolanı ələ salan şüarlar səsləndirməyə başlayıblar. Belə ki, tribunalardan “Qvardiola, qal” sözləri eşidilib.
Qvardiola 2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edir. O, cari mövsümdə İngiltərə klubu ilə müqaviləsini 2027-ci ilin ortalarına qədər uzadıb. “Real” Qvardiolanın komandasını son dörd ildə üçüncü dəfə Çempionlar Liqasından kənarlaşdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin