
Sürüşdü birdən-birə, düşdü ot üstə “qoçaq”
Dünən UEFA Çempionlar Liqasında “Bayern” və “Seltik” qarşılaşıb.
Münhen klubu Şotlandiyada 2:1 hesabı ilə qalib gəldikdən sonra hansısa intriqa gözlənilmirdi. Amma “Seltik” oyuna yaxşı əhval-ruhiyyədə girib, qarşıdurmada hesabı bərabərləşdirə bilib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ikinci hissədə “Bayern”in baş məşqçisi Vensan Kompani oyunun dayanmaması üçün meydandakı ikinci topu çıxarmaq üçün qaçıb. Belçikalı mütəxəssis həmin anda xoşagəlməz durumla üzləşib. O, topu çıxarmaq üçün qaçanda sürüşərək yıxılıb və olduqca gülməli səhnə alınıb.
Bundan sonra hücumlarının kəsərini daha da artıran “Bayern” sonda lazım olan qolu vura bilib və Çempionlar Liqasının 1/8 finalına yüksəlib (ilk oyun 2:1; cavab matçı 1:1).
Münhenlilərin növbəti mərhələdəki rəqibinin adı fevralın 21-dəki püşkatmadan sonra məlum olacaq.
Bizi Facebook-da izləyin