
“Mançester Yunayted” və “Tottenhem”in ümumi problemi var”
“Arsenal”ın keçmiş baş məşqçisi Arsen Venger İngiltərə Premyer Liqasının cari mövsümündə “Tottenhem” və “Mançester Yunayted”in uğursuz çıxışı ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, fransalı mütəxəssis onların ümumi problemlərinin olduğunu bildirib:
“Hər iki komanda dəyəri bir milyard funt sterlinqdən çox olan heyətə malikdir. Onların ümumi problemi var. Yenidənqurulma üçün yaxşı futbolçu tapmaq lazımdır. Bu, hər iki klub üçün asan proses olmayacaq”.
“Tottenhem” İngiltərə Premyer Liqasının 25 turundan sonra turnir cədvəlinin 12-ci, “Mançester Yunayted” isə 15-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin