
“Liverpul”un hücumçusu İtaliya klubuna keçə bilər
“Liverpul” yayda uruqvaylı hücumçu Darvin Nunyeslə yollarını ayıra bilər.
Komanda.az “Anfield Watch”-a istinadən xəbər verir ki, söhbət “Milan”la mümkün mübadilədən gedir.
Bu halda, daha əvvəl “Çelsi”də çıxış etmiş amerikalı yarımmüdafiəçi Kristian Pulişiç İngiltərə Premyer Liqasına qayıdacaq. O, müqaviləsi yayda başa çatacaq və yəqin ki, uzadılmayacaq Məhəmməd Salahı əvəz edəcək.
Nunyes isə İtaliyaya gedəcək. Bəlkə də, kiçik bir əlavə ödənişlə və ya müqavilədə iştirak edəcək digər oyunçularla.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin