“Barselona” daha 3 futbolçu ilə yeni müqavilə bağlamağa çalışır

“Barselona” daha üç əsas oyunçusu ilə yeni müqavilə imzalamağa ümid edir.

“Barsa” bu yaxınlarda Pedri, Qavi, Ronald Arauxo və Pau Kubarsi ilə müqavilələrin müddətinin uzadıldığını elan etdi, ancaq görünür, onlar bununla dayanmağı planlaşdırmırlar.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Kataloniya klubunun idman direktoru Deku hazırda Lamin Yamal, Rafinya Dias və Jül Kunde ilə yeni müqavilələr üzərində işləyir.

Son ikisinin hazırkı müqavilələri 2027-ci ildə başa çatacaq, 17 yaşlı vingerin sözləşməsi isə 2026-cı ilə qədərdir.

“Barselona” La Liqada 23 turdan sonra turnir cədvəlində 3-cüdür. Çempionluq yarışına liderlik edən “Real”la fərq iki xaldır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button